7-ci siniflər üçün nəzərdə tutulan dərsliklərin maketləri qiymətləndirilib

7-ci siniflər üçün nəzərdə tutulan dərsliklərin maketləri qiymətləndirilib

Təhsil Nazirliyinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəsmi müraciətinə əsasən yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanan və istifadəsi 7-ci siniflər üçün nəzərdə tutulan dərslik komplektlərinin maketlərinin qiymətləndirilməsi aparılıb. TQDK-dan SİA-ya verilən xəbərə görə, dərslik komplektlərinin maketlərinin qiymətləndirilməsi "Dərsliklərin qiymətləndirilməsi meyarları"na əsasən həyata keçirilib. Bu proses artıq başa çatıb və müvafiq materiallar 30 may-27 iyunda Təhsil Nazirliyinə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə