Təhsil Nazirliyinin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) rəsmi müraciətinə əsasən yeni təhsil proqramları (kurikulum) əsasında hazırlanan 2 və 3-cü siniflər üzrə dərslik komplektlərinin (Azərbaycan və rus bölmələri birlikdə: 2-ci sinif üzrə 19 adda dərslik və 21 adda müəllim üçün metodik vəsait 3-cü sinif üzrə 19 adda dərslik və 21 adda müəllim üçün metodik vəsait) təkrar çapı ilə əlaqədar olaraq, onların nəşrəqədərki maketlərinin elmi-metodiki monitorinqi aparılıb. SİA-nın xəbərinə görə, ötən tədris ilində bu siniflər üzrə dərslik komplektlərinin TQDK tərəfindən elmi-metodiki monitorinqi aparılıb, hər bir dərslik komplektinin məzmununa, dil və yazı üslubuna, bədii tərtibat və dizaynına, verilən tapşırıqların elmi-metodiki uyğunluğuna və müəllim üçün metodik vəsaitin məzmununa görə yekun rəylər hazırlanıb.
Dərslik komplektlərinin maketlərinin builki monitorinqi göstərib ki, bütün fənlər üzrə ötən il yekun rəylərdə qeyd edilən irad və təkliflərin əksəriyyəti nəzərə alınıb. Lakin müəyyən uyğunsuzluqlar hələ də qalmaqdadır. Bununla bağlı formalaşdırılmış yekun rəylər 19-25 mayda Təhsil Nazirliyinə göndərilib və "Dərslik portalı"nda yerləşdirilib. Hörmətli portal istifadəçiləri, rəylərlə bağlı qeyd və təkliflərinizi "Dərslik portalı"na göndərməyiniz xahiş olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB