İyunun 29-da keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 29-da Bakı, Naxçıvan, Gəncə, Tovuz, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Salyan, Lənkəran, Masallı və Xaçmaz şəhərlərində yaradılmış imtahan mərkəzlərində təkrar və eksternat qaydasında IX və XI sinifləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, həmin imtahanların nəticələri iyunun 30-da saat 18:30-dan etibarən TQDK-nın internet saytında yerləşdirilib.

İmtahanlarda iştirak edən şagirdlər Komissiyanın internet saytı vasitəsilə nəticələri haqqında məlumatla, habelə cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Şagirdlər imtahanın nəticələri haqqında məlumatı həmçinin mobil telefonla şagird kodunu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qeyd edək ki, buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə