ADU-nun müəllim və tələbə heyəti Norveçdə Yay məktəbinə qatılıblar FOTO
Azərbaycan Dillər Universitetinin (ADU) bir qrup müəllimi və tələbəsi Norveçin Oslo Universitetində təşkil olunan Yay məktəbinə qatılıblar. Universitetdən SİA-ya verilən xəbərə görə, ADU-nun Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin Skandinaviyaşünaslıq ixtisasında təhsil alan 6 tələbəsi və bir neçə kafedranı təmsil edən 6 nəfər müəllim Yay məktəbinin açılışında iştirak ediblər.
Oslo şəhər meri, Norveçin Xarici işlər nazirinin müavini, Oslo Universiteinin rektoru Ola Peter Otersen, o cümlədən Oslo Universitetinin Yay məktəbinin direktoru Einar Vannebo və dünyanın müxtəlif ölkələrindən yay məktəbinə gələn və ümumilikdə 86 ölkədən 500 nəfər iştirakçı sırasında ölkəmizdən ADU-nu təmsil edən heyət də iştirak edib.
Oslo Universitetinin əsas binasında keçirilən açılış mərasimində Oslo şəhərinin meri, Oslo Universitetinin rektoru, Yay məktəbinin direktoru çıxış ediblər. Sonra Yay məktəbi iştirakçıları üçün şəhər meriyasının binasında ziyafət təşkil olunub.
Azərbaycan Dillər Universitetinin müəllim və tələbələri tədbirlərdə iştirak edərək istər rəsmi görüş, istərsə də işgüzar təmaslarda Azərbaycan haqda, ADU haqda təşkilatçılara və iştirakçılara məlumat veriblər. Azərbaycan Dillər Universitetindən gələn heyətlə görüşən Oslo Universitetinin rektoru Ola Peter Otersen bu ali təhsil ocağı ilə təmsil etdiyi universitetin əlaqələrinin ildən-ilə genişləndiyini məmnunluqla vurğulayıb.
Oslo Universitetinin rektoru Bakıya səfərini xatırladaraq Azərbaycan Dillər Universitetində olduğunu bildirib və ADU-nun rektoru, professor Səməd Seyidovla görüşündən məmnunluqla danışıb. O, Oslo Universitetinin ADU ilə əməkdaşlığının artıq ənənəyə çevrildiyini, bu əlaqələrin hər iki ölkə üçün zəruri olduğunu və ölkələrimizin arasında təhsil sahəsində əməkdaşlığa töhfə verdiyini deyib.
Yay məktəbinin direktoru Einar Vannebo da, öz növbəsində, ADU tələbələrinin Norveç dilini yüksək səviyyədə mənimsədiklərini bildirib və vurğunluğunu gizlətməyib.
Xatırladaq ki, Oslo Universitetində təşkil olunan Yay məktəbi avqustun 1-nə kimi davam edəcək. Hər il təşkil olunan yay məktəbində artıq bir neçə ildir ki, ADU-nun tələbə və müəllim heyəti ilə iştirak edir. Bu il isə daha geniş tərkibdə Yay məktəbinə gedən müəllimlər və tələbələr müxtəlif ixtisaslar üzrə - Norveç dili və ədəbiyyatı, Sosiologiya, Media və başqa sahələr üzrə kurslarda iştirak edirlər.
Qeyd edək ki, ADU ilə Oslo Universiteti arasında 2007-ci ildən bu günədək layihə çərçivəsində ADU-nun ümumilikdə 105 nəfər tələbəsi və müəllimi sözügedən ali təhsil ocağında təhsil alıblar.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB