Səməd Seyidov Knessetin nümayəndə heyətinin rəhbəri qəbul edib FOTO

Səməd Seyidov Knessetin nümayəndə heyətinin rəhbəri qəbul edib FOTO

BU gün Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov Knessetin nümayəndə heyətinin rəhbəri David Tsurun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Universitetdən SİA-ya verilən xəbərə görə, qonaqları salamlayan rektor Səməd Seyidov onları ADU-da görməkdən məmnun olduğunu deyib. O, Azərbaycan və İsrail arasında olan əlaqələrdən danışaraq, iki ölkə arasında nəinki siyasi sahədə, təhsil sahəsində də uğurlu əməkdaşlığın olduğunu qonaqların diqqətinə çatdırıb.

Rektor, professor Səməd Seyidov universitetdə İsrail və Yaxın Şərq araşdırmalar mərkəzinin fəaliyyət göstərdiyini və mərkəzin gördüyü işləri yüksək qiymətləndirib: "Mərkəz İsrail və Azərbaycan arasındakı əlaqələrin inkişafında yüksək ixtisaslı kadrların yetişdirilməsinə yardımçı olacaq. Reginoşünaslıq və Beynəlxalq münasibətlər fakültəsində İsrailşünaslıq ixtisasında 40 tələbə təhsil alır. Univeristetin bir çox Avropa universitetləri ilə həyata keçirdiyi proqramlar və layihələri var. Bu lahiyələri İsrail univeristetləri ilə həyata keçirməkdə də maraqlıyıq".

İsrail Prezidenti Şimon Peres və xarici işlər naziri Avigdor Libermanın ADU-ya səfərlərini xatırladan S. Seyidov bunun universitetin həyatında əlamətdar hadisə olduğunu bildirib.

Səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edən David Tsur Azərbaycanda və Azərbaycan Dillər Universitetində olmaqdan məmnun olduğunu deyib: "İsrail ilə ikitərəfli əlaqələr inkişaf edir. Universitetdə fəaliyyət göstərən İsrail və Yaxın Şərq Araşdırmalar mərkəzinin işini yüksək qiymətləndirirəm".

Görüşdə, həmçinin gələcək əməkdaşlıq perspektivləri, müəllim-tələbə mübadiləsi ilə bağlı fikir mübadiləsi aparılıb. Görüşdən sonra qonaqlar İsrail və Yaxın Şərq Araşdırmlar Mərkəzi ilə tanış olublar və İsrailşünaslıq ixtisasında təhsil alan tələbələrlə görüşüblər.

Qeyd edək ki, görüşdə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz da iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə