ARDNŞ-i şagird qəbulu müsabiqəsinin III tur çərçivəsində test imtahanları keçirib

ARDNŞ-i şagird qəbulu müsabiqəsinin III tur çərçivəsində test imtahanları keçirib

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qəbul komissiyası tərəfindən təlim, tədris və sertifikatlaşdırma idarəsinin kadr hazırlığının təşkili və Qobustan regional təlim mərkəzlərinə şagird qəbulu müsabiqəsinin III mərhələsi çərçivəsində test imtahanları keçirilir. SİA-nın məlumatına görə, imtahanlar günün sonunadək mərhələli şəkildə keçiriləcək və 1000 nəfərdən artıq namizədi əhatə edəcək.

2014/2015-ci tədris ili üçün mərkəzlərə 14 ixtisas üzrə 257 nəfərin qəbul edilməsi nəzərdə tutulub. Tədris müddəti bir ildir. Builki qəbul qaydaları daha optimal şəkildə hazırlanıb və müsabiqənin daha ədalətli, obyektiv və şəffaf keçirilməsi məqsədilə qəbul yalnız elektron müraciət formasında aparılıb. Bildirilib ki, 2012-ci ildən etibarən yaşı 29-a qədər olan oğlanlarla yanaşı gənc qızlar da müraciət əsasında müsabiqədə iştirak edirlər. Bu il müsabiqədə 119 nəfər gənc qız iştirak edir.

Müsabiqə tam orta ixtisas təhsilli gənclərlə yanaşı, ali, orta-texniki və texniki-peşə təhsilli gənclərin də iştirakına imkan yaradılıb. Müsabiqə yaşayış yerindən və qeydiyyatından asılı olmayaraq Azərbaycan Respublikasının bütün bölgələrini əhatə edib. Daha sonra məlumat verilib ki, 900 nəfərə yaxın iddiaçı I mərhələni uğurla keçərək II mərhələdə - test imtahanında iştirak etmək hüququ qazanıb. Hər il olduğu kimi bu ilki müsabiqə zamanı da Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə uşaq evlərində tərbiyə almış gənclərə qayğı çərçivəsində KHTM və QRTM-ə şagird qəbulu müsabiqəsində uşaq evlərində və internat məktəblərində tərbiyə almış gənclərin elektron müraciətləri qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə