Abituriyentlərin nəzərinə!

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında (9 illik ) kolleclərə sənəd vermiş əvvəlki illərin məzunu olan abituriyentlərə müraciət edib.

TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ümumi orta təhsil bazasında (9 illik) kolleclərə sənəd vermiş və iyunun 29-da qəbul imtahanında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqi"ni çap etməlidirlər.

Buraxılış vərəqini çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/1 keçidinə daxil olmaq lazımdır. İmtahana gələrkən "İmtahana buraxılış vərəqi"ni və şəxsiyyət vəsiqəsini abituriyentlər mütləq özləri ilə gətirməlidir.

Göstərilən sənədlərdən biri olmazsa və ya onlar arasında uyğunsuzluq olarsa, abituriyentlər imtahana buraxılmayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə