İyunun 27-də Bakı Slavyan Universitetində (BSU) məzun günü təntənəli şəkildə qeyd edilmişdir. BSU-nun mətbuat xidmətindən bildirmişlər ki, universitetin əməkdaşlarının, magistr və tələbələrin iştirak etdikləri tədbirdə bu ali təhsil ocağının rektoru, professor Asif Hacıyev məzunları təbrik etmiş, onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulamış, Vətənimizin və təhsil aldıqları universitetin adını daim uca tutmağı tövsiyə etmişdir. Rektor qeyd etmişdir ki, məzunlarımızın təhsil aldıqları müddətdə qazandıqları uğurlar sayəsində BSU həm Azərbaycanda, həm də Vətənimizdən kənarda öz nailiyyətləri ilə sayılıb-seçilən universitetlər sırasına daxil olmuşdur.
Sonra təhsildə yüksək nailiyyətlər qazanmış və universitetin ictimai həyatında fəal iştirak etmiş məzunlara diplom və xatirə hədiyyələri təqdim olunmuşdur.
Tədbir tələbələrin bədii özfəaliyyət dərnəyinin hazırladığı konsert proqramı ilə davam etdirilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB