BSU-da Məzun günü keçirilib FOTO

BSU-da Məzun günü keçirilib FOTO

Hər il olduğu kimi bu il də Bakı Slavyan Universiteti öz ənənsinə sadiq qalaraq Məzun günü ilə bağlı möhtəşəm tədbir keçirib. Universitetdən SİA-ya verilən xəbərə görə, bu gün ali təhsil müəssisəsinin akt zalında universitet əməkdaşları, magistr və tələbələrin iştirakı ilə baş tutan tədbiri giriş sözü ilə açan BSU-nun rektoru Asif Hacıyev məzunlara uğurlar arzulayıb: "Əziz magistrlar və tələbələr, bu gün siz dörd il təhsil aldığınız Bakı Slavyan Universitetindən məzun olursunuz. Bu illər ərzində sizin uğurlarınız sayəsində universitetimiz həm Azərbaycanda, həm də vətənimizdən kənarda öz nəaliyyətləri ilə sayılıb seçilən universitetlər sırasına daxil olub".

O, sonda məzunlara gələcək həyatlarında müvəffəqiyyətlər və yüksək vəzifəyə yiyələnməyi, vətənimizin və universitetimizin adını daim uca tutmağı arzu edib.

4 il ərzində təhsildə yüksək nəaliyyətlər və universitetin ictimai həyatında aktiv iştirakına görə rektor tərəfindən bu ilki məzunlara "Fəxri Məzun" diplomu və xatirə olaraq hədiyyələr təqdim edilib.

Sonra tədbir konsert proqramı ilə davam etdirilib. Konsertdə tələbələrin bədii özfəaliyyət dərnəyinin hazırladığı rəqslər, mahnılar və musiqi nömrələri ifa edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə