SABAH qrupları üzrə test imtahanı iyulun 6-da ADİU-da keçiriləcək

SABAH qrupları üzrə test imtahanı iyulun 6-da ADİU-da keçiriləcək

SABAH qrupları üzrə test imtahanı iyulun 6-da Azərbaycan Dövlət İqtisad Universitetinin 1-ci tədris binasında keçiriləcək. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, imtahanda iştirak üçün buraxılış vərəqəsini 25 iyundan 2 iyuladək ixtisasınıza uyğun Baza Ali Təhsil Müəssisələrində (http://sabah.edu.az/az/sabah-qruplari-ixtisaslar-uzre-baza-ali-tehsil-muessiseleri-haqqinda-buradan-melumat-ala-bilersiniz) müvafiq otaqlardan (http://sabah.edu.az/az/muvafiq-otaqlar) əldə edə bilərsiniz.

*Gəncə ali təhsil müəssisələrindən müraciət edən tələbələr bildirişləri Gəncə Dövlət Universitetindən əldə edə bilərlər.

*Naxçıvan ali təhsil müəssisələrindən müraciət edən tələbələr bildirişləri Naxçıvan Dövlət Universitetindən əldə edə bilərlər.

*Lənkəran ali təhsil müəssisəsindən müraciət edən tələbələr bildirişləri Lənkəran Dövlət Universitetindən əldə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə