Azərbaycanda təhsilin inkişafı hər zaman dövlətin diqqət mərkəzində olan və əhəmiyyət kəsb edən amil kimi təcəssüm olunmaqdadır. Ölkə rəhbərliyinin bu istiqamətdə apardığı mütərəqqi təhsil siyasəti dövlət müəssisələri ilə yanaşı, digər müəssisələrin də fəaliyyətinə stimul verməkdədir. Gəncləri, yeniyetmələri daha müfəssəl təhsil yönündə çalışdıran bu kimi müəssisələrdən biri də Kaspi Təhail Mərkəzidir. Belə ki, Kaspi Təhsil Mərkəzinin yaranmasında səbəb ilk növbədə təhsil sahəsinə yeniliklər gətirmək, beynəlxalq standartlara cavab verən bir təhsil sistemi yaratmaq olub. Daha dəqiq desək, hələ mərkəz yaranmamışdan öncə qarşıya qotulan məqsədlərdən biri də Azərbaycanda təlim verən müəssisələr içərisində fərqli bir yanaşma üsulunun tətbiqi əsas meyar kimi götürülüb.
Burada təhsilə münasibət mütərəqqi sistemdən başlayır
Təbii ki, təhsilin səviyyəsi ilə əlaqədar müəyyən problemlərin mövcudluğu da belə bir müəssisənin yaradılmasına şərait yaradıb.
Beləliklə, riyazi, humanitar və digər sahələrdə gənc və yeniyetmələrə təhsil verən Mərkəz əsas prizma kimi onların ali dərəcəli təhsillərini reallaşdırmaqdan ibarətdir. Onu da qeyd edək ki, Mərkəz 2007-ci ildə təsis olunub və dövlətin təhsil siyasətinə dəstək verir. "Kaspi" Təhsil Mərkəzi təsis olunana qədər, 2005-2006-cı illərdə böyük hazırlıq prosesi keçilib və elektron təhsil sisteminin tətbiq edilməsi qarşıya məqsəd kimi qoyulub. Biz təhsil mərkəzində kompüter bilikləri, "Kaspi poliqlot" kimi şöbələr fəaliyyət göstərməkdədir. Hətta müəssisədə xarici dillərin tədris edilməsi üçün xaricdən müəllimlər də dəvət olunmaqdıadır. Artıq 7 ildir fəaliyyət göstərən mərkəzin uğur əldə etməsinin əsas səbəblərindən biri də elektron təhsilə ayrılan diqqətdir. Yəni burada təhsilə münasibət mütərəqqi sistemdən başlayır.
Mərkəzinin əsas fəaliyyətlərindən biri də gənclərin xaricdə təhsil alması ilə bağlıdır. Artıq gənclərin xaricdə təhsil alması üçün "Kaspi Qlobal" şöbəsi yaradılıb və dünyanın 150 universiteti ilə əlaqələrə malikdir. 2015-ci ilə qədər gənclərin xaricdə təhsil alması üçün dövlətin nəzərdə tutduğu proqramda "Kaspi" Təhsil Mərkəzinin də öz payı var. Beəliklə, birinci sinifdən başlayaraq şagirdlərin müvəffəqiyyət əldə etməsində elektron təhsilin böyük rolu olan Mərkəzdə və idarəçilik strategiyasında belə bir müddəa var: Daim öyrən.
Gənclərin xaricdə təhsil alması da müəssisənin rəhbərliyinin diqqət mərkəzindədir
Onu da qeyd edək ki, "Kaspi" Təhsil Mərkəzində təhsil alan gənclər ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərərək tələbə adını qazanırlar. Hazırda təhsil mərkəzinin 1120 abituriyenti müxtəlif universitetlərdə ali təhsil alır. Gənclərin xaricdə təhsil alması da müəssisənin rəhbərliyinin diqqət mərkəzimizdədir. Bunun üçün "Kaspi Qlobal" şöbəsini yardılıb və dünyanın 150 universiteti ilə əlaqə qurulub.
Ona görə də tam inamla deyə bilərik ki, 2015-ci ilə qədər xaricdə təhsil alması nəzərdə tutulan 5000 tələbənin uğurunda "Kaspi" Təhsil Mərkəzinin də öz payı var. Biz xaricdə təhsillə bağlı sərgilər də təşkil edilib. Nailiyyətlərin əldə olunmasında böyük rol oynayan amillərdən biri də elektron təhsil sistemidir. Dövlət elektron təhsilin vacibliyini təsdiq edən mühüm sənədlər qəbul edir. Birinci sinifdən başlayaraq şagirdlərin müvəffəqiyyət əldə etməsində elektron təhsilin böyük rolu önə çəkilir. Milli Təhsil Strategiyasında isə daim öyrənmənin əhəmiyyəti vurğulanır ki, bu da elektron təhsilin tələblərinə tam uyğundur.
"Kaspi" Təhsil Mərkəzinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva da məsələyə münasibət bildirərkən qeyd edib ki, Mərkəz son 3 ildə elektron təhsil sahəsində bir sıra layihələr həyata keçirib: "Bizim Mərkəz bu layihələrin davamı kimi Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə "Əlifbanı öyrənirəm" layihəsini hazırlayıb. İnteraktiv oyun şəklində hazırlanan bu layihə uşaqların ana dilini öyrənmə prosesini daha asan və əyləncəli edir. Oyun haqqında www.anadili.az saytından daha ətraflı məlumat əldə etmək olar. İstifadəsi sadə və rahat olan bu oyun valideynlərə uşaqlarının öyrənmə prosesini izləmək imkanı da verir. Bundan əlavə, balacalar saytın şeirlər bölməsində bir sıra uşaq şeirlərini səsli dinləyə bilərlər. "Kaspi" Təhsil Mərkəzi abituriyent hazırlığında da yenilik edərək onlayn imtahan sistemi olan "Kaspi Test"i (www.kaspitest.com) istifadəyə verib. Sistemin məqsədi Mərkəzin təşkil etdiyi sınaq imtahanlarının onlayn qaydada keçirilməsi, istifadəçilərin yer və məkandan asılı olmayaraq həmin imtahanlarda iştirak etməsidir. Bu sistem istifadəçilər üçün çox rahat olub imtahana müxtəlif cihazlardan (personal kompyuter, noutbuk və ya planşetdən) daxil olma imkanı verir. İstifadəçilər imtahandan dərhal sonra nəticələrini görə və təhlil edə, eləcə də keçmiş imtahan nəticələrinə baxa bilərlər. İstifadəyə verildiyi qısa müddət ərzində böyük marağa səbəb olan "Kaspi Test" imtahan sistemində respublikamızın 45 şəhərindən olan istifadəçilər qeydiyyatdan keçiblər".
Proseslərə Mərkəz rəhbərliyi tərəfindən daim nəzarət və idarə olunur, müxtəlif hesabatlara uyğun çevik qərarlar qəbul edilir
Onu da qeyd edək ki, "Kaspi" Təhsil Mərkəzindəki öyrənmə proseslərini idarə etmək üçün "Öyrənmənin İdarəolunması Sistemi – "Kaspi LMS (Learning Management System)" yaradılıb. Bu sistemin məqsədi müasir texnologiyaları səmərəli istifadə edərək təhsil müəssisəsindəki öyrənmə, ölçmə və qiymətləndirmə, mesajlaşma, hesabat, nəzarət və digər prosesləri çevik və mərkəzləşdirilmiş qaydada idarə etməkdir. 4 istifadəçi qrupu (tələbə, müəllim, valideyn, təşkilat idarəçisi) olan sistemə istənilən cihazdan, o cümlədən də mobil telefonlardan daxil olmaq olar. Bu da tələbələrə istənilən yerdən ev tapşırıqlarını yerinə yetirməyə, imtahanları verməyə və dərslərlə əlaqəli digər materialları əldə etməyə imkan verir. Müəllimə isə onlayn qaydada dərs materiallarını, ev tapşırıqlarını və imtahanları yerləşdirməyə və qiymətləndirməyə şərait yaradır. Valideynlər də həm işdən, həm də evdən övladlarının dərs öyrənmə prosesinə və davamiyyətinə rahatlıqla nəzarət edir və asanlıqla müəllim və Mərkəzlə əlaqə qurur. Bütün bu proseslərə Mərkəz rəhbərliyi tərəfindən daim nəzarət və idarə olunur, müxtəlif hesabatlara uyğun çevik qərarlar qəbul edilir. Hazırda sistemdə ingilis dilini öyrənənlər üçün interaktiv dərslər də mövcuddur.
Beləliklə, əldə olunan nəticələrə rəğmən bir daha "Kaspi" Təhsil Mərkəzinin Azərbaycanın təhsil sisteminə töhfələr verəcəyini inamla söyləyə bilərik.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB