BDU ilə Mordoviya Dövlət Universiteti arasında Anlaşma Memorandumu imzalanıb
N.P.Oqaryov adına Mordoviya Dövlət Universitetinin (Rusiya Federasiyası) rektoru Serqey Vdovin, həmin təhsil müəssisəsinin professorları Elvira Akimova və Davud Kadimaliyev Bakı Dövlət Universitetində olmuşlar. Bakı Dövlət Universiteti (BDU) mətbuat və informasiya şöbəsindən bildirmişlər ki, görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəb və onun beynəlxalq əlaqələrindən danışmışdır.
Sonra Anlaşma Memorandumu imzalanmışdır.
Anlaşma Memorandumunda birgə layihələr üzrə elmi araşdırmaların aparılması, alimlərin və müəllimlərin ixtisaslarının artırılması məqsədi ilə təcrübə mübadilələrinin keçirilməsi, birgə seminarların, konfransların təşkili və s. məsələlər nəzərdə tutulur.
Qonaqlar BDU-nun Heydər Əliyev muzeyi, Tədris Elektron Mərkəzi, elmi laboratoriyaları ilə də tanış olmuşlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB