N.P.Oqaryov adına Mardoviya Dövlət Universitetinin rektoru BDU-da olub FOTO
Bu gün Ali peşə təhsili üzrə federal dövlət təhsil müəssisəsi N.P.Oqaryov adına Mardoviya Dövlət Universitetinin rektoru Serqey Mixayloviç Vdovin, həmin universitetin Rus dili kafedrasının professoru Akimova Elvira Nikolayevna və Biotexnologiya kafedrasının professoru Kadimaliyev Davud Aliyeviç Bakı Dövlət Universitetində olublar. Universitetdən SİA-ya verilən xəbərə göər, qonaqları qəbul edən rektor Abel Məhərrəmov universitet və onun beynəlxalq əlaqələrindən, üzvü olduğu qurumlardakı fəaliyyətindən danışıb.
Sonda birgə layihələr üzrə elmi araşdırmaların aparılması, alimlərin və müəllimlərin ixtisaslarının artırılması məqsədi ilə təcrübə mübadiləsi, birgə seminar, konfransların təşkili, qarşılıqlı maraq doğuran layihə və proqramlarda birgə iştirak məsələləri nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Daha sonra qonaqlar universitetlə tanış olub, Heydər Əliyev muzeyi, Rus mərkəzi, poliklinika, tədris Elektron mərkəzi,elmi laboratoriyalara baxış keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB