ADA-da 2014-cü il məzunlarının buraxılış mərasimi keçirilib

ADA-da 2014-cü il məzunlarının buraxılış mərasimi keçirilib

ADA Universitetinin MADİA magistr proqramının (Master of Arts in Diplomacy and İnternational Affairs) 2014-cü il məzunlarının buraxılış mərasimi keçirilib

ADA Universitetinin daha 29 tələbəsi Diplomatiya və Beynəlxalq münasibətlər üzrə magistr dərəcəsini uğurla başa vurub. SİA-nın xəbərinə görə, bu ADA Universitet statusu aldıqdan sonra ilk məzun buraxılışıdır.

Məzunlardan 20-i yerli, 9 nəfəri isə xarici tələbələrdir. Bu dəfəki məzunlar arasında ABŞ, Yunanıstan, Gürcüstan, Kamerun, Polşa, Çexiya Respublikası, Əfqanıstan, Türkmənistan və Latviyadan olan tələbələr təmsil olunub.



Qeyd edək ki, 2014-cü il məzunlarının arasında olan xarici tələbələr ADA-da Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilən Beynəlxalq Təqaüd Proqramı əsasında təhsil alırdılar.



Buraxılış Günü səhər saatlarında Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarının və Şəhidlər xiyabanında "Əbədi məşəl" abidəsinin ziyarəti ilə başlayıb, axşam isə Buraxılış Mərasimi ilə davam edib.

Mərasimdə Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Dillər Universitetinin rektoru Dr. Səməd Seyidov, Azərbaycan Respublikası Xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, 2014-cü il məzunları adından isə məzun Gülnarə Həsənova çıxış edib.

Sonda məzunlara diplomlar təqdim edilib. Mərasim ziyafətlə dəvam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə