ADİU beynəlxalq “Keyfiyyəti idarəetmə sistemi”nin tələbələrinə cavab verib
Türk Standartları İnstitunun auditorları Azərbaycan Dövlət İqtisad Universitetində növbəti qiymətləndirmə həyata keçirib. İnstitutdan SİA-ya verilən xəbərə görə, İSO 9001:2008 "Keyfiyyəti İdarəetmə Sistemi" layihəsi çərçivəsində 2013-2014-cü il tədris ili üzrə keçirilən qiymətləndirmə iki gün davam edib.
Bu müddətdə İSO standartlarına uyğun olaraq ADİU-nun mərkəz, fakültə, kafedra və struktur bölmələrindənomenklatur siyahısı üzrə normativ sənədlərin mövcudluğu, tədris prosesinə nəzarətin təmin edilməsi səviyyəsi, dərs cədvəllərinəmüvafiq auditoriya bölgüsünün aparılması, tədris-metodiki, statistik məlumatların və hesabatların vəziyyəti, kafedralarda açıq dərslərin müasir metodlardan istifadə edərək təsdiq edilmiş qrafiklər üzrə aparılması səviyyəsi, universitet bazasında və ondan kənarda tədris və istehsalat təcrübəsinin keçirilməsi, şöbələr üzrə fəaliyyət proqramlarının, istifadə olunan sənədlərin və formaların beynəlxalq normalara uyğun uçotunun vəziyyəti qiymətləndirilib.
Qiymətləndirmənin yekunu olaraq ali təhsil ocağında təhsilin bütün səviyyələrinin (bakalavr, magistr və doktorantura) və təhsil formalarının İSO 9001:2008 "Keyfiyyəti İdarəetmə Sistemi" üzrə beynəlxalq standartına uyğunluğu təsdiq edilib.
Universitetin rektoru, professor Ədalət Muradovla görüşən ekspertlər yeni tədris ilində ADİU-da "Elektron universitet" layihəsinin tətbiqinin təqdirəlayiq olduğunu bildiriblər. Ekspertlər həmçinin layihə çərçivəsində görüləcək işlərin müasir "Keyfiyyəti idarəetmə sistemi" istiqamətində ciddi addım kimi qiymətləndiriblər.
Qeyd: ADİU ölkəmizdə İSO 9001:2008 "Keyfiyyəti idarəetmə sistemi" sertifikatına layiq görülən ilk dövlət universitetidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB