Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində növbəti "Tələbə rektor" layihəsi həyata keçirilib. İnstitutdan SİA-ya verilən xəbərə görə, səsvermə yolu ilə seçilmiş "Uçot-iqtisad" fakültəsinin III kurs tələbəsi Suliddin Bağırov bir iş günü ərzində universitetin rektoru ilə birgə onun fəaliyyətini icra edib.
Rektorla birgə iş gününə başlayan "Tələbə rektor" əvvəlcədən tələbələrin təhsili və həyatı ilə bağlı mövcud vəziyyəti təhlil edərək, konkret problemləri müəyyənləşdirib. Onları sistemləşdirərək hazırladığı təklif və tövsiyyələr paketini rektora təqdim edib.
Daha sonra rektorla "tələbə rektor" birgə görüşlər keçirib, müzakirələr aparıblar. Bir günlük rektor universitet rektoru ilə bir yerdə ali təhsil ocağının əməkdaşlarını da qəbul edib.
Qeyd edək ki, layihənin məqsədi "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"ndan irəli gələn vəzifələrin icrası – şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, universitetdə tələbə özünüidarəetmə sisteminin təşkili, tələbələrdə idarəetmə bacarıqlarının inkişafı, yeni demokratik kommunikasiya vasitəsinin yaradılmasıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB