Sınaq qiymətləndirilməsinin nəticələri açıqlandı

Sınaq qiymətləndirilməsinin nəticələri açıqlandı

10 - 13 iyun 2014 - cü il tarixlərində keçirilən Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsinin nəticələri açıqlandı. Bakı Şəhər üzrə Təhsil İdarəsindən SİA-ya verilən xəbərə görə, nəticələrlə bakuedu.az saytından istifadə etməklə tanış ola bilərsiniz. İş nömrəsi, məktəb kodu və doğum ilini yazmaqla nəticəniz haqqında məlumat əldə edə bilərsiniz. Nəticələrin öyrənilməsi ilə bağlı problem yarandıqda saytda yerləşdirilmiş "Müraciət forması"nı doldurmağınız xahiş olunur. Müraciətlərə 1 (bir) iş günü ərzində cavab veriləcək.

Qeyd:

* Yuxarıdakı məlumatları şəxsi "Buraxılış vərəqi"nizdən əldə edə bilərsiniz.

* Üç dəfədən artıq yanlış məlumat daxil etdiyiniz halda nəticələrə giriş bağlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə