İyunun 18-də Azərbaycanın orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub. Bu barədə SİA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
Dövlət Komissiyası 18 iyun tarixində keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib. İmtahanda iştirak etmiş şagirdlər imtahan nəticələri ilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə və TQDK-nın internet saytında tanış ola bilərlər.
Buraxılış imtahanlarında 40 minə yaxın şagird iştirak edib. Həm 9-cu, həm də 11-ci siniflərin imtahanlarının idarə edilməsi üçün ümumilikdə 156 imtahan rəhbəri, 2036 nəzarətçi-müəllim ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB