Sınaq Qiymətləndirilməsinin nəticələri açıqlanıb

Sınaq Qiymətləndirilməsinin nəticələri açıqlanıb

10 - 13 iyun tarixlərində keçirilən Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsinin nəticələri açıqlanıb. Bu barədə SİA-ya Bakı şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Nəticələrlə bakuedu.az saytından istifadə etməklə tanış ola bilərsiniz. İş nömrəsi, məktəb kodu və doğum ilini yazmaqla nəticəniz haqqında məlumat əldə edə bilərsiniz.

Nəticələrin öyrənilməsi ilə bağlı problem yarandıqda saytda yerləşdirilən "Müraciət forması"nı doldurmağınız xahiş olunur. Müraciətlərə 1 (bir) iş günü ərzində cavab veriləcək.

Qeyd:
• Yuxarıdakı məlumatları şəxsi "Buraxılış vərəqi"nizdən əldə edə bilərsiniz.
• Üç dəfədən artıq yalnış məlumat daxil etdiyiniz halda nəticələrə giriş bağlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə