İyunun 19-da Azərbaycan Dövlət İqtisad Univeristetinin (ADİU) rektoru, professor Ədalət Muradov ali təhsil ocağının 2 saylı tədris binasında olub.
ADİU-dan SİA-ya verilən xəbər görə, tələbələrlə görüşən rektor ali təhsil müəssisəsində həyata keçirilən yeniliklər barədə çıxış edib. Tələbələrin suallarını dinləyən rektor məsələlərin yerindəcə həll edilməsi üçün müvafiq göstərişlər verib.
Sonra görüş universitetin dekan və kafedra müdirilərinin iştirakı ilə davam edib. Görüşdə ADİU-nun rəsmi Facebook səhifəsində tələbələrin rektora ünvanladığı suallar, qaldırdıqları problemlər, irad və təkliflər geniş müzakirə edilib. Həmçinin müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində təkliflər dinlənilib.
Rektor müəllim və tələbələr üçün nəzərdə tutulan yeməkxanaya da baxış keçirib. Xidmətin keyfiyyətinin artırılması və qiymətlərin aşağı salınması ilə əlaqədar aidiyyatı strukturlara göstəriş verən Ə. Muradov yeməkxana fəaliyyətinin tam müasir tələblərə çatıdırılması barədə tapşırıq verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB