Bu gün Azərbaycan Dövlət İqtisad Univeristetində magistr dissertasiyalarının müdafiəsinə başlanıb. İnstitutdan SİA-ya verilən xəbərə görə, dissertasiya müdafiələrində QHT, KİV və digər şəxslərin iştirakını təmin etmək məqsədi ilə müdafiə qrafiki universitetin saytında (http://www.aseu.az/images/stories/files/magistr/mag1_20052014.pdf) yerləşdirilib.
Dissertasiya müdafiəsi zamanı fərqlənən magistrların ADİU-nun Doktorantura şöbəsi və ixtisasına uyğun olan kafedralarda çalışması üçün tövsiyyə edilməsi də nəzərdə tutulub.
Dissertasiya müdafiəsinin nəticələri həmin gün magistrlara elan ediləcək və univerisitetin rəsmi saytında yayımlanacaq.
Bununla əlaqədar universitetin rektoru, professor Ədalət Muradov iclas keçirərək bildirib ki, magistr dissertasiyaları müdafiəsi tam şəffaf və obyektiv keçirilməlidir. İclasda həmçinin dissertasiya müdafiələrinin təqdimat formasında keçirilməsi, çıxış və müzakirə reqlamentlərinə ciddi əməl edilməsinə də xüsusi diqqət verilməsi barədə göstəriş verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB