Müsabiqəyə 85 layihə təqdim olunub

Müsabiqəyə 85 layihə təqdim olunub

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Elm Fondunun 2014-cü il üçün elan etdiyi müsabiqəyə təqdim olunmuş qrant layihələri ilə bağlı açıqlama verilib. Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) SİA-ya verilən məlumata görə, ARDNŞ-in Elm Fondu alimlərə əlavə yaradıcılıq imkanları yaratmaq, fundamental və tətbiqi xarakterli elmi-tədqiqat işlərini, neft, qaz və neft-kimya sənayesi ilə bağlı elmi araşdırmaları stimullaşdırmaq məqsədilə aprelin 15-də müsabiqə elan edib.

Üç elm sahəsi üzrə keçirilən müsabiqəyə 85 layihə təqdim olunub. Bu layihələrdən 23-ü yer, 27-si texnika, 35-i isə kimya elmləri sahəsinə aiddir.

Bütün xəbərlər Facebook səhifəmizdə