Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində 15 İyun-Milli Qurtuluş Günü münasibətilə "Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir" mövzusunda "dəyirmi masa" keçirilib. SİA-nın məlumatına görə, Mərkəzin Heydər Əliyev siyasi xəttinin ardıcılları diskussiya klubunun təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər Milli Qurtuluş Gününün tarixi haqqında geniş məlumat veriblər. Bildirilib ki, ulu öndər Heydər Əliyevin xalqın və zamanın tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan məhv olmaq təhlükəsindən xilas edilib. İndiki müasir və güclü Azərbaycan ulu öndər Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin məntiqi nəticəsidir.
Mingəçevirli gənclər Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəklərini, bütün işlərdə ona dəstək olacaqlarını vurğulayıblar. "Dəyirmi masa" iştirakçıları mövzu ətrafında geniş fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, sonda ümummilli liderin həyatından bəhs edən "Şəxsiyyət" sənədli filmi nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB