Nəsirəddin Tusinin xatirəsinə həsr olunmuş Beynəlxalq konfrans keçiriləcək

Nəsirəddin Tusinin xatirəsinə həsr olunmuş Beynəlxalq konfrans keçiriləcək

Bu il ensiklopedik biliyə malik alim Nəsirəddin Tusinin vəfatından 740 il keçir. Bununla əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qərarı, Akademiyanın Riyaziyyat və Mexanika İnstitutunun, Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, Azərbaycan Dövlət Pedaqoji və Azərbaycan universitetlərinin birgə təşkilatçılığı ilə dahi mütəfəkkirin xatirəsinə həsr olunmuş "Riyaziyyatın və astronomiyanın tarixi, mövcud durumu və gələcəyə baxış" mövzusunda Beynəlxalq konfrans keçiriləcək. SİA-nın məlumatına görə, konfransın açılışı sentyabrın 10-da AMEA Rəyasət Heyətinin binasında, seksiyaları Azərbaycan Universitetində və Şamaxı rayonu, Yusif Məmmədəliyev qəsəbəsi, Nəsirəddin Tusi adına Astrofizika Rəsədxanasında keçiriləcək.

Qeyd edək ki, sentyabrın 12-dək davam edəcək beynəlxalq tədbirdə Nəsirəddin Tusi yaradıcılığının müxtəlif sahələrinə, xüsusilə riyaziyyat, astronomiya və məntiqin tarixinə dair məruzələr dinləniləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə