“Gənc tədqiqatçıların elmi məqalələr toplusu”nun təqdimatı olub

“Gənc tədqiqatçıların elmi məqalələr toplusu”nun təqdimatı olub

"Gənclərin Elmi Araşdırmalarına Dəstək" (GEAD) İctimai Birliyinin ofisində "Gənc tədqiqatçıların elmi məqalələr toplusu"nun təqdimatı keçirilib. SİA-nın məlumatına görə, qurumun sədri, dosent Məmmədəli Babaşlı toplu barədə qonaqlara ətraflı verib. Qeyd edib ki, elmi fəaliyyətə gedən yolun magistratura pilləsindən keçdiyini nəzərə alaraq magistr tələbələri həvəsləndirmək son dərəcə vacibdir. Elə buna görə də GEAD İctimai Birliyi respublikamızın müxtəlif universitetlərində təhsil alan gənc tədqiqatçıların elmi məqalələrini toplu halında nəşr etdirmək qərarına gəlib.

Vurğulanıb ki, topluda Azərbaycanın həm paytaxt, həm də region universitetləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində magistratura və doktorantura təhsili alan tədqiqatçıların da araşdırmalarına yer verilib.

Bildirilib ki, bu məqalələr toplusu tədqiqatçı kimi ilk addımlarını atan gənclərin elmi fəallığına təsir göstərəcək.

Qeyd edək ki, sonda tədbir iştirakçılarına yeni toplu hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə