BDU ilə Belarus Dövlət Universiteti arasında Protokol imzalanıb

BDU ilə Belarus Dövlət Universiteti arasında Protokol imzalanıb

Bu gün Belarus Dövlət Universitetinin rektoru, professor Sergey Ablameykonun başçılıq etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub. SİA-nın məlumatına görə, görüşdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəbin fəaliyyətindən, beynəlxalq əlaqələrindən danışıb.

Sonra Bakı Dövlət Universiteti ilə Belarus Dövlət Universiteti arasında əməkdaşlığa dair Protokol imzalanıb.

Qeyd edək ki, sənəddə elm, təhsil üzrə əməkdaşlıq məsələləri öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə