BDU-da xarici tələbələr “Mənim vətənim” adlı tədbir keçiriblər

BDU-da xarici tələbələr “Mənim vətənim” adlı tədbir keçiriblər

İyunun 12-də Bakı Dövlət Universitetində (BDU) bu ali məktəbin hazırlıq şöbəsində təhsil alan xarici tələbələr "Mənim vətənim" adlı tədbir keçirmişlər.

Bakı Dövlət Universitetindən bildirmişlər ki, tədbirdə BDU-nun Xarici tələbələrlə iş üzrə dekanı, dosent Gülheyran Rəhimova bu təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən, dünyanın bir sıra ali məktəbləri ilə səmərəli əməkdaşlığından bəhs etmişdir.

Türkiyə, Polşa, ABŞ, Nigeriya, Çin və Vyetnamdan olan tələbələr bir tədris ili müddətində öyrəndikləri Azərbaycan və rus dillərində öz ölkələrinin tarixi, görməli yerləri barədə məlumatlar vermiş, milli adət-ənənələri haqqında slayd təqdim etmişlər.

Bütün xəbərlər Facebook səhifəmizdə