Nazir: "Bu sistem optimallaşdırılmalı və təkmilləşdirilməlidir"

Nazir: "Bu sistem optimallaşdırılmalı və təkmilləşdirilməlidir"

"Hər hansı bir dərsliyin hazırlanması üçün keçirilən tenderə müraciət edən iddiaçı müəlliflərdən birinin layihəsi keyfiyyət qane edilməsə belə, qəbul edilməlidir". SİA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov deyib.

Təhsil nazirinin sözlərinə görə, məsələn, VII sinif üçün "İngilis dili" dərsliyi hazırlanır. Beləcə müəllif iddiasında olan hər kəs öz dərsliyini təqdim edə bilər: "Əgər bunun üçün 3 müəllif qrupu müxtəlif dərsliyi təqdim edibsə, biz onlardan birini seçmək məcburiyyətindəyik. Hətta onlardan heç birinin dərsliyi bizim tələblərimizə cavab verməsə və gözləntilərimizi doğrultmasa belə, 3 dərslikdən birini seçməliyik. Seçmədiyimiz təqdirdə sentyabrın 15-də "İngilis dili" dərsliyi olmayacaq".

Nazir bildirib ki, artıq bu sistem optimallaşdırmalı və təkmilləşdirilməlidir. Dərsliyin keyfiyyətinin yuxarı həddi yalnız tender prosesində iştirak edən müəlliflər tərəfindən məhdudlaşmamalıdır: "Bir sıra fənlər üzər dərsliyin hazırlanması ilə bağlı cəmi 1 və ya 2 təklif alırıq. Ona görə də hər zaman dərslik müəlliflərinin sayının artırılması və keyfiyyətə yönəlmiş işlərdən danışırıq. Yaxın müddətdə - yeni tədris ili başlamadan öncə növbəti illər üçün dərsliklərlə bağlı qəbul ediləcək qərarlar barədə ictimaiyyət məlumatlandırılacaq"

Bütün xəbərlər Facebook səhifəmizdə