Təhsil naziri: "Ümumilikdə dərslik sistemində köklü dəyişiklərə ehtiyac duyulur"

Təhsil naziri: "Ümumilikdə dərslik sistemində köklü dəyişiklərə ehtiyac duyulur"

"Müəllimlərin işə qəbulu və iş yerlərinin dəyişdirilməsi istiqamətində son illər mütəmadi işlər həyata keçirilib". SİA-nın məlumatına görə, bunu gün Azərbaycan təhsil naziri Mikayıl Cabbarov jurnalistlərin də iştirakı ilə Təhsil Nazirliyində təşkil olunan 2013-2014-cü tədris ilinin nəticələrinə həsr olunan hesabat mətbuat konfransında çıxışı zamanı deyib.

Nazirin sözlərinə görə, şəffaflığın təmin olunması üçün təhsilin elektronlaşdırılması prosesi üzrə əlaqələr daha genişləndirilir: "Həmçinin ötən bir il ərzində maddi-texniki bazanın gücləndirilməsi iqtiqamətində işlər də davam etdirilib. İdarəetmə sitemində dəyişikliklər baş verib. Buna istər kadr dəyişiklikləri, istərsə də digərlərini nümunə kimi göstərə bilərik. Yeni idarəedici "nəslin hazırlanması" prosesi istiqamətində işlər davam edir. Təbii ki, Ali təhsil sistemində də kadr dəyişiklikləri üzrə işlər gedib.

Ümid edirəm ki, biz bunun nəticələrini növbəti təhsil ilində şahidi olacayıq. Dərsliklərin qiymətləndirilməsi prosesi üzrə də mütəmadi işlər görülür. Ümumilikdə dərslik sistemində köklü dəyişikliklərə ehtiyac duyulur".

Daha sonra Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov 2013-2014-cü il üzrə təhsil sahəsində qazanılan uğurlara həsr olunmuş təqdimatla çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə