"Humanitar Araşdırmalar" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə yeni layihə həyata keçirir. SİA-nın məlumatına görə, İctimai Birlik bu məqsədlə iyunun 11-də Beynəlxalq Mətbuat Mərkəzində "Azərbaycan tarixi – Azərbaycan gəncliyi: tarixi kontekstdən müasir reallıqlara doğru" layihəsi çərçivəsində ali məktəb tələbələri üçün növbəti seminar-mühazirə təşkil edib.
Ali məktəb tələbələrinin, QHT və KİV nümayəndələrinin iştirak etdikləri seminarda birliyin sədri, filologiya üzrə fəlsəfə doktoru Nurlanə Qasımlı qurumun fəaliyyətindən, həyata keçirdiyi layihələrdən danışıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB