Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun ADU tərəfindən müxtəlif proqramlar üzrə xaricdə təhsil almış və alacaq tələbə və müəllimlərlə görüşüb. SİA-nın məlumatına görə, tədbirdə Universitetin rektoru Səməd Seyidov, millət vəkili Asim Mollazadə, ADU-nun Beynəlxalq şöbəsinin əməkdaşları İlham Abbasov, Günel Həsənli, universitetin tələbə və müəllim kollektivi, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb.
Daha sonra ADU-nin rektoru, Milli Məclisin deputatı Səməd Seyidov xaricə gedəcək tələbə və müllim heyəti qarşısında nitq söyləyib: "ADU-nun tələbələrinin xaricdə təhsil alması artıq ənənə halını alıb. Erasmus proqramı üzrə Avropanın müxtəlif universitetlərində ADU-nun 22 nəfər tələbə - müəllim heyəti təhsil alacaq. Eyni zamanda, həmin layihə çərçivəsində ADU-ya Avropadan 4 nəfər bakalavr və 1 magistr gələcək. Hazırda Erasmus proqramı çərçivəsində ADU-nun 50-dən artıq magistri, tələbə-müəllimi Fransa, Almaniya, İtaliya, İspaniya, Çexiya, Polşa və bir sıra ölkələrdə təhsil alırlar. Proqram çərçivəsində 40 nəfər isə təhsilini başa vuraraq geri qayıdıb. ADU vasitəsilə Qafqaz və Naxçıvan Dövlət Universitetlərinin 2 tələbəsi Avropanın müxtəlif universitetlərində təhsil alıblar. Müxtəlif proqramlar üzrə isə ADU-nun 42 tələbə-müəllim heyəti Türkiyə, İsrail, İtaliya, Polşa, Fransa, Almaniya, Koreya, İndoneziya və Hindistanda təhsil alıblar".
Daha sonra millət vəkili Asim Mollazadə və ADU-nun Beynəlxalq şöbəsinin əməkdaşı İlham Abbasov çıxış edərək ADU-nun Azərbaycan təhsilinin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıblar. Bildirilib ki, ADU, dünya universitetləri ilə etdiyi sıx və uğurlu əməkdaşıq nəticəsində tələbələrin yüksək təhsil almasında önəmli addımlar atılır.
Onu da diqqətinizə çatdıraq ki, ümumilikdə 2000-ci ildən bu günədək Erasmus Mundus, Mövlana, Tempus layihələri çərçivəsində, eləcə də ikitərəfli əməkdaşlıq nəticəsində Yaponiya, İsrail, Hindistan, Fransa, İndoneziya, Koreya, Norveç, Polşa, Almaniya, İtaliya, Türkiyə və Avstriya universitetlərində ADU-nun 339 tələbəsi və 55 müəllimi təcrübələrini artırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB