Bakı Şəhəri üzrə Təhsil İdarəsi müəllimlərin sınaq qiymətləndirilməsinin keçirilmə qrafikini təqdim edib

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müəllimlərin sınaq qiymətləndirilməsinin keçirilmə qrafikini təqdim edib

İyunun 10-dan 13-dək Bakı şəhərində yerləşən dövlət ümumtəhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə təhsil işçilərinin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi aparılacaq. SİA-nın məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi müəllimlərin sınaq qiymətləndirilməsinin keçirilmə qrafikini təqdim edib.

Qrafikə əsasən, iyunun 10-da saat 10:00-dan 12:30-dək rus dili və ədəbiyyat (rus bölməsində), ibtidai sinif, həmin tarixdə ibtidai sinif, təsviri incəsənət və rəsmxət (15:00-dan 17:30-dək), iyunun 11-də riyaziyyat (10:00-dan 12:30-dək), Azərbaycan dili və ədəbiyyat (rus bölməsində Azərbaycan dili daxil olmaqla) (15:00-dan 17:30-dək), iyunun 12-də ingilis dili (10:00-dan 12:30-dək), informatika, tarix, GÇQH, biologiya (15:00-dan 17:30-dək), iyunun 13-də isə fizika, coğrafiya, kimya, musiqi, fransız dili (10:00-dan 12:30-dək), fiziki tərbiyə, əmək hazırlığı, alman dili, rus dili (Azərbaycan bölməsində) (saat 15:00-dan 17:30-dək) sınaq qiymətləndirilməsi olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə