2013/2014-cü tədris ili müvafiq təqvim planının növbəti mərhələləri başa çatır

2013/2014-cü tədris ili müvafiq təqvim planının növbəti mərhələləri başa çatır

"2013/2014-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların "Şagird-məzun" sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar şəhər (rayon) təhsil şöbələri və təhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlərin təqvim planı" üzrə aşağıdakı mərhələlər 2014-cü il iyunun 10-da saat 18.00-da başa çatır:

1. Şagirdlərin cari tədris ilinə aid illik qiymətlərinin təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən "Şagird-məzun" sisteminə daxil edilərək təsdiq edilməsi (yekun təsdiq);

2. Eksternat yolu ilə imtahan verəcək məzunların və ya əvvəlki illərdə buraxılış ilinin illik qiymətləri üzrə ən azı bir fəndən "2" almış şagirdlərin buraxılışdan əvvəlki və buraxılış ilinin illik qiymətlərinin, həmçinin təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən verilmiş qiymətlərin "Şagird-məzun" sisteminə daxil edilərək təsdiq olunması.

Səhifənin qısa keçidi: http://www.tqdk.gov.az/~8Vara

Bütün xəbərlər Facebook səhifəmizdə