Energetika sənayesində hazırda ixtisaslı kadr hazırlığında kəmiyyət deyil, keyfiyyət və struktur qıtlığı mövcuddur. Sİa-nın xəbərinə görə, bu sözləri təhsil naziri Mikayıl Cabbarov "Eleketroenergetikada kadr problemləri - Gələcəyə baxış" adlı konfransda çıxışı zamanı deyib.
Yanacaq-energetika kompleksinin ölkənin iqtisadiyyatında aparıcı rol oynadığını dilə gətirən nazirin sözlərinə görə, ölkə Prezidenti İlham Əliyev tərəfindən bu sahəyə göstərilən diqqət və görülən işlər sayəsində Azərbaycanın enerji sahəsində müstəqilliyi tam təmin olunub: "Energetika sahəsində davamlı inkişaf ölkənin qarşısında bacarıqlı kadrların hazırlanması tələbini qoyur. Hazırda ölkədə təhsilin müxtəlif səviyyələrində energetika sektoru üçün mütəxəssislər hazırlanır".
Nazir energetika sahəsi üzrə tələbə qəbulunun sayının artırıldığını da qeyd edib.
M. Cabbarov vurğulayıb ki, "2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı 2014-2015-ci il tədris ilində təhsil pillələrində energetika sahəsinin tələbatı nəzərə alınaraq ali təhsildə qəbul əvvəlki illərə nisbətən artırılıb: "6 ayrı təhsil müəssisələrində bakalavriat və magistratura səviyyəsində 3 ixtisas üzrə - elektroenergetika mühəndisliyi, elektrik mühəndisliyi və istilik energetikası mühəndisliyi ixtisasları üzrə kadrlar hazırlanır. Energetika sahəsində kadr hazırlığına tələbatın ildən-ilə artmasını nəzərə alaraq bu ixtisaslar üzrə ali təhsil müəssisələrinə tələbə qəbulu artırılıb. Belə ki, cari tədris ilində bu ixtisaslara qəbul planı əvvəlki 2 ilə nisbətən 534-dən 625-ə artırılıb ki, bu da təxminən 20 % artım deməkdir. Bununla yanaşı ölkənin 6 orta ixtisas təhsil müəssisəsində ildə 4 ixtisas üzrə 280 mütəxəssisin hazırlığı həyata keçirilir. Respublikanın 57 ilk peşə ixtisas təhsili müəssisələrində isə energetika sektoru üçün 4 ixtisas üzrə ildə 1493 tələbə kadr hazırlanır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB