TQDK-nın yeni regional bölməsi yarandı

TQDK-nın yeni regional bölməsi yarandı

Nazirlər Kabineti "Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının regional bölmələrinin yaradılması haqqında" qərarında dəyişikliklər edilib.

SİA-nın xəbərinə görə, dəyişikliyə əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Quba şəhərindəki regional bölməsi ləğv edilib, Xaçmaz şəhərində regional bölməsi yaradılıb.

Xaçmaz regional bölməsində ştat vahidlərinin sayı 3 vahid müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə