Magistraturaya seçim başa çatdı

Magistraturaya seçim başa çatdı

Azərbaycanda ali təhsil müəssisələrinin magistratura səviyyəsinə aparılan ixtisaslaşma seçimi başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən xəbərə görə, ixtisaslaşma seçiminin nəticələrinin bu gün axşam saatlarına kimi elan olunması nəzərdə tutulur. Bakalavrlar öz nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrəsini 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

Qeyd edək ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə ixtisaslaşma seçiminə mayın 29-dan başlanıb. İxtisaslaşma seçimində 2014-cü ildə magistraturaya keçirilən qəbul imtahanının iki mərhələsinin nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən bakalavrlar iştirak ediblər. Müsabiqəyə yalnız "Bakalavrın elektron ərizəsi"ndə ixtisaslaşmaları seçən və təsdiq edən bakalavrlar buraxılacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə