Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) nümayəndələri İspaniya və İtaliyada səfərdə olmuşlar. Universitetin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, səfər bu ali təhsil ocağının əlaqələndiricisi olduğu "Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi" adlı TEMPUS layihəsi çərçivəsində həyata keçirilmişdir.
Azərbaycan nümayəndə heyətinin tərkibində təmsil olunan ADİU-nun beynəlxalq əlaqələr üzrə mütəxəssisləri Məmməd Həsənzadə, Zaur Seyidov və Afət Ələkbərova əvvəlcə TEMPUS layihəsinin Avropa tərəfdaşı olan İspaniyanın Santiaqo de Kompestela Universitetində olmuşlar. Onlara Avropanın ən qədim universitetlərindən biri olan bu ali məktəbin beynəlxalq əlaqələr şöbəsinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq və mübadilə proqramları, eləcə də beynəlmiləlləşmə prosesi haqqında ətraflı məlumat verilmişdir.
Sonra səfər İtaliyanın Bolonya Universitetində davam etdirilmişdir. ADİU-nun mütəxəssislərinə dünyanın ən qədim universiteti olan Bolonya Universitetinin beynəlxalq layihələrin idarə olunması, universitetin beynəlxalq əlaqələrdə rolu və digər məlumatlar verilmişdir.
Görüşlərdə ADİU-nun əməkdaşları Azərbaycanda təhsil sahəsində tətbiq olunan yeniliklər, əldə edilən uğurlar, bu istiqamətdə görüləcək işlər və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı ilə bağlı təqdimatlarla çıxış etmişlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB