Sınaq imtahanının nəticələri açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən iyunun 1-də cari il üzrə keçirilmiş sonuncu sınaq imtahanının nəticələri açıqlanmışdır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzərTAc-a bildirmişlər ki, hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı ənənəvi olaraq iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 48 min 387 abituriyentdən 4 min 363 nəfəri imtahanda iştirak etməmişdir.

İmtahan qaydalarını pozduğu üçün 10 abituriyent imtahandan xaric edilmiş və nəticələri ləğv olunmuşdur.

TQDK-nın internet saytında sınaq imtahanında iştirak edən 44 min 14 abituriyentin imtahan nəticələri yerləşdirilmişdir. İki abituriyent təqdim olunan bütün suallara düzgün cavab verərək maksimum nəticə -700 bal toplamışdır. Onlardan biri II, digəri isə IV ixtisas qrupu üzrə qeyd olunan nəticəni göstərmişdir.

Səhifənin qısa keçidi: http://www.tqdk.gov.az/~BqmlE

Bütün xəbərlər Facebook səhifəmizdə