ADİU Avropa Universitetlərinin təcrübəsini öyrənir FOTO

ADİU Avropa Universitetlərinin təcrübəsini öyrənir FOTO

Azərbaycan Dövlət İqtisad Univeristetinin nümayəndə heyəti İspaniya və İtaliyada səfərdə olublar. İnstitutdan SİA-ya verilən xəbərə görə, səfər ADİU-nun koordinatoru olduğu "Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi" adlı TEMPUS layihəsi çərçivəsində həyata keçirilib.

ADİU-nun beynəlxalq əlaqələr üzrə mütəxəssisləri Məmməd Həsənzadə, Zaur Seyidov və Afət Ələkbərovadan ibarət nümayəndə heyəti 20-25 may tarixində TEMPUS layihəsinin Avropa tərəfdaşı olan İspaniyanın Santiaqo de Kompestella Universitetində olub. Onlara Avropanın ən qədim universitetlərindən biri olan Santiaqo de Kompestella Universitetinin beynəlxalq əlaqələr şöbəsinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq və mübadilə proqramları, eləcə də beynəlmiləşmə prosesi haqqında ətraflı məlumatlar verilib.

Sonra səfər İtaliyanın Boloniya Universitetində davam etdirilib. Səfərdə ADİU-nun nümayəndə heyəti dünyanın ən qədim universiteti olan Baloniya Universitetinin beynəlxalq layihələrin idarəolunması, universittein beynəlxalq əlaqələrdə rolu və vəfizə bölgüsü haqda məlumat verilib.

Səfərdə həmçinin Azərbaycan Təhsil Nazirliyi və ölkəmizin digər ali təhsil ocaqlarının nümayəndələri iştirak edib.

Görüşlərdə ADİU əməkdaşları Azərbaycanda təhsil sahəsində tətbiq olunan yeniliklər, əldə edilən uğurlar, bu istiqamətdə görüləcək işlər və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı ilə bağlı təqdimatlarla çıxış ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə