ADİU-da “İnnovativ biznes inkubator” yaradılıb

ADİU-da “İnnovativ biznes inkubator” yaradılıb

Azərbaycan Dövlət İqtisad Universiteti yeni layihəyə start verib. İnstitutdan SİA-ya verilən xəbərə görə, layihə "İnnovativ biznes inkubator" adlanır. Universitetin nəznində "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə dövlət proqramı" çərçivəsində yaradılan layihənin əsas məqsədi tələbə və gəncləri biznesə cəlb etmək, tələbə sahibkarlığını inkişaf etdirməkdir.

Layihədə həmçinin, ADİU-nun professor-müəllim heyətinin sosial təminatının yaxşılaşdırılması nəzərdə tutulub. Onlar "İnnovativ biznes inkubator" layihəsi çərçivəsində innovativ biznes yönümlü metodiki vəsaitlərin yazılması, təlim və master klasların keçirilməsi, mentorluq, konsaltinq, biznes planların, keyslərin hazırlanması və bu kimi məsələlərə cəlb ediləcəklər.

İnkubatorun əsas funksiyaları "Start-up" layihələrlə müraciət edənlərə öz bizneslərini qurmaqda tədris-metodiki, maddi-texniki, psixoloji və maliyyə dəstəyi çərçivəsində kömək etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə