Azərbaycanda ilk dəfə olaraq Bakı müəllimləri üçün keçiriləcək sınaq qiymətləndirilmənin tarixləri açıqlanıb. SİA-nın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev bu gün keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müəllimlərin sınaq qiymətləndirilməsinə iyunun 10-dan başlanacaq: "İmtahanlar 4 gün ərzində - iyunun 10, 11, 12 və 13-də həyata keçiriləcək. Bütün fənn müəllimləri eyni vaxtda imtahan verəcək. Burada ibtidai sinif müəllimləri istisna təşkil edəcək. Onların sayı çox olduğundan onlar üçün imtahan 2 gün olacaq".
İ. Nağıyev onu da qeyd edib ki, imtahanların keçirilməsi üçün paytaxtda müəllim saylarına uyğun olaraq 30 mərkəz seçilib: "3-4 gün əvvəl məktəblərin hər birinə bildirişlər göndəriləcək. Həmin bildirişlərdə müəllimin hansı gün, saat, hansı məktəbdə, yer və sırada imtahan verəcəyi əks olunacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB