Azərbaycan Müəllimlər İnstitutunda 2013-2014-cü tədris ilinin yaz imtahan sessiyasının keçirilməsi ilə əlaqədar "Açıq qapı günləri" elan edilir. İnstitutdan SİA-ya verilən xəbərə görə, iyunun 2-dən iyulun 11-dək davam edəcək imtahan sessiyasının şəffaf, obyektiv və ədalətli keçirilməsinə yardım göstərmək və sessiyanın gedişatını izləmək istəyən valideynlər, mətbuat işçiləri, ictimaiyyət nümayəndələri "Açıq qapı günləri"ndə iştirak edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB