Mayın 25-də keçirilən magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak etmiş bakalavrların imtahanın məzmunu ilə bağlı müraciətlərinə baxılması üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında Apellyasiya Komissiyası yaradılıb.
TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Apellyasiya Komissiyası 26 və 27 may tarixlərində saat 10:00-dan 17:00-dək fəaliyyət göstərəcək. Bu müddət ərzində bakalavrların imtahanın məzmunu ilə bağlı bütün müraciətlərinə baxılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB