BDU ilə ABŞ-ın Tuleyn Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Bakı Dövlət Universitetinin (BDU) rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov ABŞ-ın Tuleyn Universitetinin (Tulane University) Beynəlxalq hüquq proqramları üzrə icraçı direktoru, prorektor Herbert Larson və Hüquq fakültəsinin dekanı, professor Devid Meyer ilə görüşüb.
Bakı Dövlət Universiteti mətbuat və informasiya şöbəsindən bildiriblər ki, universitetlər arasında imzalanmış müvafiq anlaşma memorandumuna əsasən, Tuleyn Universiteti BDU-nun Hüquq fakültəsində Dəniz və enerji hüququ üzrə magistratura proqramının təsis olunmasında yaxından iştirak etmişdir. Magistrantların hazırlanma prosesində fəal iştirak edən amerikalı alimlərin budəfəki gəlişinin məqsədi tələbələrə yenidən mühazirə oxumaqdır.
Görüşdə əməkdaşlıq məsələlərinin hazırkı durumundan razılıq ifadə olunmuş və münasibətlərin daha intensiv olması üçün BDU-da yeni Mərkəzin yaradılması qərara alınıb.
Qeyd olunub ki, Mərkəz fakültələrarası əlaqələrin inkişafını, tələbə və müəllimlərin mübadiləsini, birgə araşdırma işlərinin aparılmasını həyata keçirəcəkdir.
Tuleyn Universiteti 1834-cü ildə təsis edilmişdir. Bu universitetdə ABŞ-ın 50 ştatı və 40 xarici ölkədən tələbələr təhsil alırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB