Moskva Dövlət Universiteti Azərbaycana 3 yer ayırdı

Moskva Dövlət Universiteti Azərbaycana 3 yer ayırdı

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşlarının təhsil alması üçün 3 yer ayrılıb. SİA-nın xəbərinə görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında məlumat verib.

M. Abbaszadə bildirib ki, indiyədək 6 nəfər müsabiqədə iştirak üçün qeydiyyatdan keçib.

2014/2015-ci tədris ili üçün Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə Azərbaycan Respublikası vətəndaşları üçün tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün qeydiyyat 2014-cü il may ayının 14-dən 26-dək (şənbə və bazar günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək aparılır.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə