Vergidə işləmək istənələr üçün yeni vəsait hazırlanıb

Vergidə işləmək istənələr üçün yeni vəsait hazırlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün yeni vəsait hazırlayıb. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Vergilər Nazirliyi tərəfindən namizədlərin imtahana hazırlaşmalarına kömək məqsədilə suallardan ibarət test toplusu çap olunaraq namizədlərin istifadəsinə verilib. Namizədlərin nəzərinə çatdırılıb ki, imtahanda müvafiq sahə bilikləri üzrə (hüquq və ixtisas) təqdim olunacaq 80 sual məhz bu sual bankından seçiləcək. Test toplusunu TQDK binasının qarşısında yerləşən "Abituriyent" köşkündən əldə etmək mümkündür.

Qeyd edək ki, vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı iyunun 3-də keçiriləcək. Müsabiqədə iştirak etmək istəyən şəxslər mayın 5-dən 18-dək sənədlərini Vergilər Nazirliyində yaradılmış Sənəd Qəbulu Komissiyasına təqdim ediblər. İmtahanda iştirak etmək istəyən 2000-dək namizəd qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə