Daha əvvəl qeyd olunduğu kimi, Texniki Humanitar liseydə keçirilən monitorinq valideynlər tərəfindən narazılıqla qarşılanıb və sualların proqrama uyğun tərtib edilməməsi bildirilib. Bu səbəbdən Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən suallar araşdırılıb, müəyyən sualların proqramdan kənar olması aşkarlanıb və monitorinqin nəticələri ləğv edilib.
Qurumdan SİA-ya verilən xəbərə görə, bu gün BŞTİ-nin müdir müavini Məmmədəli Kəsəmənli təhsil müəssisəsində olaraq bu qərarı pedaqoji kollektivin və valideynlərin diqqətinə çatdırıb. Liseydə etiraz aksiyasının keçirilməsi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar əsassızdır və həqiqətə uyğun deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB