Bakıda Vyetnam-Azərbaycan dostluğu forumu keçiriləcək

Bakıda Vyetnam-Azərbaycan dostluğu forumu keçiriləcək

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Vyetnam Sosialist Respublikasına dövlət səfəri çərçivəsində bu ölkənin təhsil və təlim naziri Fạm Vu Luan ilə görüşüb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, görüşdə təhsilin müxtəlif istiqamətləri üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib. Təhsil sahəsində gələcək əlaqələrin möhkəmləndirilməsində bir sıra birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü vurğulanıb və müvafiq əməkdaşlıq müqavilələrinin imzalanması barədə razılıq əldə olunub. Görüşdə prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanda təhsil almış vyetnamlı tələbələrin iştirakı ilə Bakıda Vyetnam-Azərbaycan dostluğu forumunun keçirilməsi məsələsi müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə