Təhsil İdarəsi sualları cavablandıracaq

Təhsil İdarəsi sualları cavablandıracaq

19-23 may tarixlərində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin "Facebook" səhifəsində müəllimlərin bilik və səriştəsinin Sınaq Qiymətləndirilməsi ilə bağlı sizi maraqlandıran suallara cavab veriləcək. İdarədən SİA-ya verilən xəbərə görə, suallar operativ şəkildə şərhlər vasitəsilə cavablandırılacaq.

İstifadəçilərdən xahiş olunur ki, təkrarlanan və səhifədə yerləşdirilən "Müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi barədə ən çox verilən suallar" məlumatında qeyd olunan suallarla müraciət etməsinlər!

Qeyd edək ki. suallara bu ünvandan https://www.facebook.com/bakuedu.gov.az cavab almaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə