TQDK sədri: "Əvvəlki məzunların aşağı bal toplaması gözlənilən idi"
Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələri ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın xəbərinə görə, mətbuat konfransında çıxış edən TQDK-nın sədri Məleykə Abbaszadə bildirib ki, imtahanda iştirak etmək üçün sənəd verən 18302 abituriyentdən 1304 nəfəri imtahanda iştirak etməyib.
Onun sözlərinə görə, imtahanda iştirak edən 16998 abituriyentdən 38 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
O həmçinin qeyd edib ki, mayın 11-də keçirilən qəbul imtahanında ali təhsilli 249, orta ixtisas təhsilli 2664 nəfər iştirak edib: "Keçən ilki məzunlar üçün keçirilən imtahanın nəticələrinə görə III qrup üzrə 50 %, II qrup üzrə isə 60% tələbə 100 baldan aşağı nəticə toplayıb. Biz bunu gözləyirdik. Çünki əvvəlki illərin məzunları elə də yaxşı nəticə göstərmir. Keçən ilki məzunların imtahanında iştirak edən abituriyentlərin təxminən 30%-i 2013-cü ilin məzunları olub. Əsas nəticələri bu ilin məzunlarından gözləyirik".
Mayın 11-də keçirilən imtahanda II qrup üzrə 2, III qrup üzrə isə 3 nəfərin 600-dən yuxarı nəticə göstərdiyini deyən TQDK sədri bildirib ki, II qrup üzrə bu il 625 bal toplayan abituriyent 2011-ci ilin məzunu olub 390 bal toplamışdı: "612 bal yığan abituriyent isə 2012-ci ilin məzunu olub 494 bal yığmışdı. III qrup 663 balla 2013-cü ilin məzunu 563 bal, 616 bal 2011-ci ilin məzunu olub imtahan verməmişdi. Həmin abituriyent bu il imtahan verib. 604 bal isə keçən ilin məzunu olub 444 bal toplamışdı".
Qeyd edək ki, ixtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB